Türkiyənin Malatya şəhərində avtobusla minik avtomobilinin toqquşması nəticəsində 22 nəfər xəstəxanaya yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza Malatya-Elazığ avtomobil yolunda baş verib.
Hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım qrupları cəlb olunub.
Qəza zamanı avtomobildə olan 3 nəfər və avtobusda olan 19 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə