AZ

Bakıda evlərin qiyməti yenidən dəyişəcək - Bu səbəbə görə...

2024-cü ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-ci ilin son rübünə nisbətən, 8.1% bahalaşıb. Cari ilin I rübündə ilkin mənzil bazarında qiymətlər, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.5%, təkrar mənzil bazarında qiymətlər isə 8.1% artıb. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin I rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 2,2%, o cümlədən ilkin mənzil bazarı üzrə 3.1%, təkrar mənzil bazarı üzrə 2,2% bahalaşıb. Bəs bahalaşma tendensiyasının başlıca səbəbləri nədir? 

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bahalaşmanın əsas səbəbi mənzil bazarında olan qıtlıqdır: 

"Bahalaşmanın əsas səbəbi daşınmaz əmlakların təklifində olan qıtlıqdır. Təkliflər tələbləri üstələmir və qiymətlər bahalaşdığı üçün ipoteka müraciətləri çoxalır. Tikinti şirkətləri tərəfindən də rəqabət az olduğu üçün onlar qiymətləri bazara uyğun olmayan tərzdə qaldırırlar. Əsas səbəb məhz budur. Yəni əgər bazarda rəqabət yüksək olarsa, təklif sayı tələbi üstələyərsə, bu həcmdə qiymət artımı müşahidə olunmaz". 

Ekspert paralel olaraq, ipoteka kreditlərinə olan müraciətlərin artmasını da qeyd edib: 

"Son 2 ay ərzində ipotekaya müraciətlərin də sayı həddən artıq çoxalıb. İstehlakçılar və ipoteka götürən şəxslər də mənzillərlə bağlı təkliflərin həddən artıq az olmasından şikayət edirlər. Belə olan təqdirdə onlar məcbur qalıb üzdə olan əmlakları alırlar. Bu zaman böyük rəqəmlər üzərində deyil, kiçik rəqəmlər üzərindən sözləşmə gedir. Məsələn, kimsə 100 minlik daşınmaz əmlakı satırsa, qiymətdə çox cüzi endirim edir. Bu isə sırf tələbin yüksək səviyyədə olması ilə bağlıdır". 

Seçilən
178
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18309
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17654
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16897
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15386
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
14568
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14409
Çingiz Mustafayevin toyudur - FOTOLAR
13162
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
12705
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10804
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10762
"Zaur, yenə çaşdın..." - VİDEO
8506
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7445
Minimum əmək haqqı nə qədər arta bilər?
6709
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6651
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6244
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5362
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5304
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5195
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4963