AZ

"Avropa İttifaqı rəhbərliyi istefaya getməlidir" - Baş nazir

Avropa İttifaqının hazırkı rəhbərliyi istefaya getməlidir.

"Unikal" xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban fikir bildirib. 

"Yaşıl keçid, davamlı inkişaf siyasəti, miqrasiya, hərbi və sanksiya siyasətləri kimi özü tərəfindən seçilmiş bir neçə böyük layihə ilə Avropa İttifaqının rəhbərliyinə sahibik və bunların hamısı uğursuzluğa düçar oldu. Avropa İttifaqının hazırkı rəhbərliyi getməlidir, və bizim yeni liderlərə ehtiyacımız var", - deyə Orban qeyd edib. 

Siyasətçi Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Macarıstanın miqrasiya və gender siyasətinə görə Aİ-dən pul almayacağı barədə bəyanatını xatırladıb. Onun sözlərinə görə, Avropa İttifaqının yaratdığı qanunun aliliyi və konvensiyalar sistemi siyasi şantaj alətinə çevrilib.

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq