AZ

Rusiya səfirliyi ABŞ raketlərinin Filippində yerləşdirilməsini pisləyib

Amerika raketlərinin Filippində yerləşdirilməsi qlobal təhlükəsizlik üçün qara gün olacaq.

 

Oxu24.com  xəbər  verir   ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

 

“Pentaqon tərəfindən orta mənzilli raketlərin yerləşdirilməsi beynəlxalq təhlükəsizlik üçün qara gün olacaq. Nəzərinizə çatdırım ki, INF-nin yerləşdirilməsinə Rusiya tərəfindən elan edilmiş birtərəfli moratoriumun aydın şərtləri var: biz bu cür sistemləri dünyanın heç bir regionunda Amerika istehsalı olan vasitələr görünməyənə qədər yerləşdirməyəcəyik”, - Antonov bildirib.

 

Rusiya səfiri əlavə edib ki, o, ABŞ-ı “Pandoranın qutusunu” açmamağa və qlobal sabitliyi təmin etmək üçün hər cür səy göstərməyə çağırır.

 

Bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın INF Müqaviləsinin qadağan etdiyi silahları “kölgədən çıxardığını” bildirmişdi.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
266
42
Mənbələr
Şərh ()
Bağla