AZ

ABŞ niyə Ukraynanı İsrailin səması kimi qorumur? - Dövlət Departamenti səbəbləri açıqladı

ABŞ İsrail səmasında İranın raketlərini vurduğu kimi Ukraynaya Rusiya raket və dronlarını vurmağa kömək etmir. Dövlət Departamenti dörd səbəb göstərib.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller brifinqin zamanı danışıb.

Metyu Miller qeyd edib ki, o, prezident Volodimir Zelenskinin "Qərb müttəfiqləri İsrail səmasında İran raketlərini və pilotsuz uçuş aparatlarını vurdular, lakin Ukraynada da eyni şeyi etməkdən qorxurlar", fikirlərini başa düşür. 

"Düşünürəm ki, bu cür sarsıdıcı hücumlara məruz qalan hər bir ölkənin prezidenti öz xalqını qorumaq üçün hər cür mümkün yol axtarar. Mən bunu tamamilə başa düşürəm", deyə Miller bildirib. 

Bununla belə, Dövlət Departamentinin spikeri ABŞ-ın "Ukrayna və İsraillə tamamilə fərqli münasibətlərə malik olduğunu" vurğulayıb.

"Bizim İsraillə onilliklərdir təhlükəsizlik tərəfdaşlığımız var və burada onlara birbaşa hərbi yardım göstəririk - təkcə iki illik münaqişə üçün deyil, onilliklər ərzində və ordumuzla İsrail ordusu arasında onilliklərə qədər uzanan uzun, geniş əlaqələrimiz var", deyə Miller qeyd edib.

O əlavə edib ki, İsrail ABŞ-ın NATO xaricində əsas müttəfiqidir, Ukrayna isə fərqli mövqedədir.

"Bizim bu münaqişədən bir neçə ay əvvəl onlarla (ukraynalılarla) belə bir razılaşma (NATO-dan kənar əsas müttəfiq statusu barədə-red.) olmayıb", deyə spiker bildirib.

O əlavə edib ki, ABŞ Ukraynanı səmanı qorumaq üçün lazım olan avadanlıqla təmin edir və bura hava hücumundan müdafiə sistemləri, xüsusən də "Patriot" daxildir.

"Nəzərə alsaq ki, biz Rusiya ilə silahlı hərbi toqquşmada deyilik və bu, Rusiyanın hücumlarına cavab olaraq Ukrayna səmasında Amerika təyyarələrinin olmasını tələb edəcək. Və biz Rusiya ilə birbaşa silahlı münaqişəyə girmək niyyətində deyilik. Birləşmiş Ştatlar bunu çox aydın şəkildə anladıb", deyə Miller vurğulayıb.

Spiker qeyd edib ki, ABŞ və Rusiya arasında birbaşa silahlı münaqişənin qarşısını almaq Amerika xalqının maraqlarına cavab verir, çünki onlar III Dünya müharibəsini istəmirlər.

"Əgər siz bizim daha nə edə biləcəyimizlə bağlı sual vermək istəyirsinizsə, o zaman bu sualı ABŞ Konqresinə vermək lazımdır, çünki bizim Ukraynaya daha çox avadanlıq təqdim etməyə imkan verəcək əlavə xərc qanun layihəsimiz var. Və ümid edirik ki, bu qanun layihəsi qəbul ediləcək", deyə Miller əlavə edib.

Xatırladaq ki, İranın İsrail ərazisinə hücumu zamanı ABŞ və Böyük Britaniya hərbçiləri hava hədəflərinin tutulmasında iştirak ediblər. Ağ Evdən İsrailə kömək etdikləri kimi Ukraynaya da kömək edəcəklərini soruşduqda, "söhbət fərqli münaqişələrdən, fərqli hava məkanından, fərqli təhdid modellərindən gedir” deyə cavab verilib.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron isə bildirib ki, ölkənin hərbi hava qüvvələri Ukrayna səmasında PUA-ları vura bilməz, çünki bu, Avropada eskalasiya və genişmiqyaslı müharibə riskinə səbəb olacaq.

Nizami Bağırov
Seçilən
185
36
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18136
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17514
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16753
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15246
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14210
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
12791
Çingiz Mustafayevin toyudur - FOTOLAR
12563
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
11710
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10702
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10422
"Zaur, yenə çaşdın..." - VİDEO
8428
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7311
Minimum əmək haqqı nə qədər arta bilər?
6605
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6453
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6090
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5204
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5161
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4809
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4370