AZ

Qəzzada atəşkəsin təmin olunması üçün Qətərlə intensiv iş aparırıq – Hakan Fidan

Qəzzada atəşkəsin təmin olunması üçün Qətərlə intensiv iş aparırıq.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
"Bölgədəki ölkələr olaraq üçüncü tərəflərin münaqişələrini bu coğrafiyaya gətirməsini istəmirik"- deyə Fidan qeyd edib.
O bildirib ki, bütün tərəflərin konstruktiv mövqe nümayiş etdirməsində böyük fayda görür.
“Türkiyə ilə Qətər arasında xüsusilə Fələstin məsələsində mövcud böhranla bağlı böyük koordinasiya gedir. Türkiyə və Qətər HƏMAS ilə sağlam əlaqələri olan ölkələrdir. Biz bütün gücümüzlə atəşkəs üçün çalışırıq. Qətər atəşkəs prosesində mühüm rol oynayır” – deyə Hakan Fidan qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
50
Mənbələr
Şərh ()
Bağla