AZ

“Rusiya çalışır ki, Ermənistanda itirdiyi mövqeyi geri qaytarsın” -

“Problemlər tamamilə həll olunacağı təqdirdə, Rusiyanın Cənubi Qafqazda fəaliyyətinə hər hansı bir ehtiyac qalmayacaq”. Bu sözləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Analitik Azərbaycan ərazisindəki “boz zona”nın ləğvindən sonra Rusiya sülhməramlı qüvvələrinə ehtiyacın qalmadığını bildirib:
“Son vaxtlara qədər Rusiya sülhməramlı qüvvələrinin hərbi bazaya çevriləcəyi barədə iddialar ortaya atan Rusiya siyasi dairələri indi fərqli bir reallıq qarşısında qalıb. Yəni Rusiya sülhməramlı qüvvələri artıq Azərbaycan ərazisindən çıxarılır. Digər məsələlər də oxşarlıqlar var. Bu baş verdiyi üçün kənar təsirlər, yəni həm Rusiyanın, həm də Qərbin Cənubi Qafqaza təsir mexanizmləri aradan qalxacaq. Onilliklər boyu Rusiya məhz həmin problemlərin mövcud olması sayəsində Azərbaycana və Ermənistana təsir göstərərək, maraqlarına uyğunlaşdırmağa cəhd göstərib. Bütün bunları nəzərə alanda Rusiyanın Cənubi Qafqazda hər hansı bir problemin həllində maraqlı olduğu bir az çətin olur”. Elçin Xalidbəyli düşünür ki, Rusiya Cənubi Qafqazda mövqeləri zəiflədiyini də anlayır və ona görə də daha çox problemlərin həllində maraqlı tərəf kimi görünməyə cəhd göstərir: “Burada əsas məqsəd Rusiyanın Ermənistan cəmiyyətində itirilmiş mövqelərini, yeni nüfuzunu və təsir imkanlarını geri qaytarmaqdır. Moskvanın bəzi məsələlərdə Ermənistana və onun cəmiyyətinə daha yaxşı görünmək istəkləri müşahidə olunur. Kreml bəzən də, mövcud problemi daha qabarıq şəkildə faciəvi ölçülərdə təqdim etməklə baş verənlərə Paşinyan hakimiyyətini səbəbkar olduğuna eyham vurmağa çalışır. Mariya Zaxarovanın dedikləri, Rusiya Xarici İşlər Nazirliyinin bəzi bəyanatları da daha çox informasiya savaşı kontekstində baş verir. Bu mesajların məğzi odur ki, , əgər Ermənistan öz problemlərini həll etmək istəyirsə, Paşinyan hakimiyyətini dəyişdirməli, Rusiya ilə münasibətlərini yenidən bərpa etməlidir”. Elçin Xalidbəyli qeyd edib ki, hələlik Rusiyanın edə biləcəyi yeganə əsas şey Ermənistan üzərində informasiya savaşında üstünlük qazanmaqdır.

Gülbəniz Hüseynli / Metbuat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
14819
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11537
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5274
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5205
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3627
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3177
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3175
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2957
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2697
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2661
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2365
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2242
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2197
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2101
Hidayət Heydərov dünya çempionu oldu
2016
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1843