AZ

İsveç XİN: Ermənistan-Azərbaycan arasındakı razılaşma bütün Cənubi Qafqaz regionu üçün də çox yaxşı xəbərdir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İsveç Xarici İşlər Nazirliyi də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası tərəfindən əldə edilən razılaşmaya münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə İsveçin XİN başçısı Tobias Billström rəsmi “X” hesabında paylaşım edib.

“Bu, həm Ermənistan və Azərbaycan, həm də bütün Cənubi Qafqaz regionu üçün çox yaxşı xəbərdir. Bu müsbət addım sayəsində bölgədə bundan sonra iqtisadi tərəqqi, infrastrukturun inkişafı və genişlənməsi ilə bağlı əhəmiyyətli irəliləyişlər görə bilərik. İsveç bu məqsədə tamamilə sadiqdir”, - deyə nazir qeyd edib.

Bizim.Media
 

Seçilən
31
34
Mənbələr
Şərh ()
Bağla