AZ

“Ürəyində 4 stend var idi, əsəb yıxdı onun evini”

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.
Moderator.az-a danışan əməkdar artist Firuzə İbadovanın qızı məlumatı təsdiqləyib.
“Cavanşir müəllim bu dəqiqə vəfat edib. Qəfil ürəktutmasından keçinib. İndi ora gedirik, hələ dəfn olunmayıb. Bizə də indi deyiblər, donub qalmışıq. Ürəyində 4 stend var idi, əsəb yıxdı onun evini. Anam donub qalıb, şok yaşayır. Ona görə də telefonlara mən cavab verirəm”, – deyə əməkdar artistin qızı bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
424
13
Mənbələr
Şərh ()
Bağla