AZ

Kremldən ŞOK AÇIQLAMA: "ABŞ-ın bu qərarı Ukraynanı daha da məhv edəcək"

"ABŞ Nümayəndələr Palatasının Kiyevə yardım göstərmək qərarı ABŞ-ı daha da zənginləşdirəcək və Ukraynanı daha da yoxsullaşdıracaq".

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, ABŞ Konqresinin qərarı proqnozlaşdırılan idi. O, həmçinin bildirib ki, Ağ Ev dondurulmuş Rusiya aktivlərinin müsadirəsinə görə cavab verməli olacaq.

“Bu, Amerika Birləşmiş Ştatlarını daha da zənginləşdirəcək və Ukraynanı daha da məhv edəcək, Kiyev rejiminin günahı ucbatından daha çox ukraynalının ölümünə səbəb olacaq”, - o qeyd edib.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya təxminən 61 milyard dollar dəyərində əlavə yardım layihəsini qəbul edib.

Seçilən
139
39
Mənbələr
Şərh ()
Bağla