AZ

“Liverpul”dan səfərdə inamlı qələbə - VİDEO

İngiltərə Premyer Liqasının 34-cü turunun “Fulhem” və “Liverpul” komandalarının qarşılaşması başa çatıb.

Oxu.Az xəbər verir ki, komandalar Londondakı (İngiltərə) “Kreyven Kottec” stadionunda qarşılaşıblar. “Liverpul” 3:1 hesabı ilə qalib gəlib.

32-ci dəqiqədə “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold hesabı açıb. Birinci hissənin sonunda müdafiəçi Timoti Kastan meydan sahiblərinin cavab qolunu vurub. 53-cü dəqiqədə yarımmüdafiəçi Rayan Qravenberh “Liverpul”u hesabda önə çıxarıb. 72-ci dəqiqədə hücumçu Dioqu Jota qonaqların fərqini artırıb.

Qeyd edək ki, “Liverpul” 2023/2024 mövsümü üçün İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci yerdədir. Komanda 33 görüşdə 74 xal toplayıb. “Fulhem” isə 42 xalla 12-ci yerdədir. İngiltərə çempionatının turnir cədvəlinə “Arsenal” başçılıq edir.

 

Seçilən
185
50
Mənbələr
Şərh ()
Bağla