AZ

Ruslar Xarkovu bombaladı - Yaralı var 

Bazar günü axşam saatlarında Xarkovda güclü partlayış baş verib.

 

Modern.az xəbər verir ki, Rusiyanın atəşi nəticəsində bir nəfərin yaralandığı bildirilir.

 

Yerli vaxtla saat 20:16-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı regiona raket təhlükəsi barədə məlumat verib. Saat 20:27-də Xarkov qarnizonunun və şəhər müdafiə qüvvələrinin rəisi Sergey Melnik teleqramında Rusiyanın idarə olunan bombalarının hücum riski barədə xəbərdarlıq edib.

 

Xarkov meri İqor Terexov daha sonra bildirib ki, ilkin məlumatlara görə, partlayış şəhərin kənarında baş verib. Zərbə nəticəsində bir nəfər yaralanıb.

Seçilən
205
50
Mənbələr
Şərh ()
Bağla