AZ

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur

Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmmədov İlham Qafur Məmmədov adına parkdakı yaşıllıqlara divan tutur.




Həm də “Yaşıl dünya naminə həmrəylik ili”ndə…
Bu barədə “Yeni Gundem”-ə göndərilən məqalədə deyilir
Atası Elxan Məmmədovun icra başçısının sürücüsü işləməsindən istifadə edən İlham Məmmədov Səbail rayonundakı bu parkı hissə-hissə satmaqda, yaşı 30-60 il arasında olan ağacları açıq-aşkar məhv etməkdədir. Artıq İlham Məmmədovun “xeyir-duası” sayəsində park ərazisində bir neçə obyektin inşası tam sürətlə davam edir ki, bu da təbiət qatillərinin heç kimdən çəkinmədiyini göstərir. Təqdim etdiyimiz şəkillər bunun inkaredilməz sübutudur.
COP 29 ərəfəsində şəxsi maraqları naminə Azərbaycanı dünyada rüsvay edən dövlət məmuru…
Qafur Məmmədov adına parkı öz mənfəəti naminə işbazların üzünə açan və hər obyekt üçün onlarla ağacın məhvinə göz yuman İlham Məmmədov, atasının icra başçısının sürücüsü vəzifəsində çalışmasından istifadə edərək park ərazisini qarış-qarış satmaqdadır. İşbazlara peşkəş edilən ərazilərin qarşılığında 100 min manatlarla qanunsuz gəlir əldə edən İlham Məmmədov, rayonun digər ərazilərini də gəlir mənbəyinə çevirib.
Təəssüf və heyrət doğuran əsas məqamlardan biri isə prakdakı ekoloji qətliyamın “Yaşıl dünya naminə həmrəylik ilində”, nümayişkəranə surətdə həyata keçirilməsidir. Görünən odur ki, Prezidentin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi İlham Məmmədov üçün nəinki heç bir məna ifadə etmir, əksinə, icra məmuru hətta belə həssas dönəmdə belə öz ambisyalarından dövlət və ictimai maraqlar naminə imtina etməyi lüzumsuz hesab edir.
İlham Məmmədovun bu il ölkəmizdə keçiriləcək beynəlxalq miqyaslı tədbir – COP 29 ərəfəsində ölkə paytaxtındakı yaşıllıqlara qənim kəsilməsi icra məmurunun dövlətimizə, onun prezidentinə xəyanətinin bariz sübutudur. Qafur Məmmədov adına parkda baş verənlər onu göstərir ki, İlham Məmmədovu düşündürən yeganə şey yalnız ailə biznesi, şəxsi mənfəətidir.
Ulu öndərdən qalan ağacların məhvi üzərində çiçəklənən ailə biznesi…
Qafur Məmmədov adına parkda məhv edilən ağacların bir qismi Ulu öndər Heydər Əliyevin dönəmində əkilən, Ümummilli liderin qayğısı və diqqəti nəticəsində ərsəyə gətirilən ağaclardır. Hansı ki, Ulu öndər bütün Abşeron yarımadası kimi, onun bir hissəsi olan Səbail rayonunun da yaşıllaşmasında böyük əmək sərf etmiş, həmin ağacların hər birini çətin Abşeron iqlimində qoruyub saxlamaq üçün  əsl fədakarlıq göstərmişdir. Ekologiyamız kimi həm də tariximizin bir parçası olan bu ağacların məhvi Ulu öndərə, keçmişimizə sayqısız münasibətin göstəricisidir.
İlham Məmmədovun rayon ərazisində törətdiyi özbaşınalıqlar bununla da bitmir. Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri ona aid olmayan, səlahiyyətini aşan, qanunla açıq ziddiyyət təşkil edən bir çox məsələdə baş rolda gedir ki, gələn yazılarımzıda bu məqamlara konkret faktlarla toxunacağıq.
Gələn yazımızda toxunacağıq:
1.Səbail 32 ünvanında inşa edilən dördmərtəbəli binalar üçün torpaq sahəsini  işbazlara kim satıb?
2.Həmin ünvanda tikilən 1600 kvadrat metrlik anbar, onlarla həyətyanı torpaq sahəsi ilə İlham Məmmədovu nə birləşdirir?
3.İlham Məmmədov Sədərək Yusifin hansı yaxını ilə iş birliyi qurub?
4.”Dvatsati”da qəzet köşkü adı ilə aparılan tikililərin əsl təyinatı nədir?
5.İş adamlarına ”hər şey mənlikdir” vədini verən İlham Məmmədov hansı dövlət qurumlarının səlahiyyətini mənimsəyib?
İcra hakimiyyəti ilə əlaqə saxlayıb açıqlama almaq istəsəkdə, buna nail ola bilmədik.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
19505
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11956
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5387
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5308
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
5004
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3774
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3346
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3242
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3062
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2808
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2692
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2672
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2379
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2280
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2030
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1941