AZ

Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”

“Böyüklərimizə bu günləri görmək nəsib olmadı”.

Bunu Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Məxmər Quliyeva deyib.

O bildirib ki, həyatının ən gözəl gününü yaşayır:

“O ağrılı-acılı günləri xatırlamaq istəmirəm. Hər dəfə yadıma düşəndə saatlarla ağlayıram. Çətinliklə çıxdıq Füzulidən, bir neçə dəfə qarşımızı kəsdilər. Ermənilər bizim gəncliyimizi, ömrümüzün böyük bir hissəsini məhv etdilər. Valideynlərimiz, ağsaqqal-ağbirçəklərimiz vəfat etdilər, bu günləri görmədilər. Mən də bir oğlumu itirdim, çox istəyərdim ki, o da bu günləri görsün.

İndi nəvələrimlə, nəticəm də var artıq, onlarla birlikdə doğma şəhərimizə qayıdırıq. Bizim  gəncliyimiz, ömrümüzün ən nəşəli günləri orada keçib.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Qeyd edək ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu mərhələdə daha 39 ailə (150 nəfər) öz doğma yurduna köçürülür.

Xatırladaq ki, indiyədək Füzuli şəhərində 744 ailənin, yəni 2 839 nəfərin daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova

Seçilən
50
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
16691
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
13953
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10221
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9020
Faiq Sadıqov
8475
Səidə Sultan klipi üçün lüt soyundu
7953
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
5853
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5755
Gənc aparıcı vəfat etdi - FOTO
5609
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5380
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5353
10 yaşlı uşağın faciəvi ölümü
5110
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4827
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4671
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4099
Ruslan Müşfiqabadlının anası vəfat edib
3519
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3308
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3172
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
2853