AZ

Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ

“İstər idmançıların, istərsə də idman etməyənlərin ölümünü virusla, peyvəndlə əlaqələndirməyin, ən azından, tibbi tərəfdən heç bir açıqlaması yoxdur. Bu barədə qəti nəsə demək olmaz”.

Bu sözləri deputat, tibb elmləri doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov Axar.az-a müsahibəsi zamanı deyib. O, son illər artan ürək çatışmazlığı və qəfil ölüm faktları ilə bağlı fikirlərini bildirib:

- Rəşad bəy, son illər ürək çatışmazlığı səbəbindən vəfat edən adamların sayında kəskin artım müşahidə olunur. Həm də gənclər arasında da tez-tez bu xəstəliyin fəsadları olur. Sizcə, bunun səbəbi nədir?

- Təkcə Azərbaycanda yox, hazırda bütün dünyada ürək xəstəlikləri artıb. Bu isə hər kəsin - istər sıravi insan, istərsə də səhiyyə işçisinin narahatlığına səbəb olur. Xəstəliyin artmasının bir neçə səbəbi var. Əlbəttə, başlıca səbəb kimi qida rasionunu deyə bilərik. Hazırda qida maddələrinin süniləşdirilməsi getdikcə artır. Qida rasionunun miqdarının doğru tənzimlənməməsi də həyatımızda “metabolik sindrom” deyilən kökəlmə, şəkərli diabetin, yüksək qan təzyiqinin əmələ gəlməsinə şərait yaradır.0

- Hərəkətsizlik də buna səbəbdirmi?

- Bəli, ikinci diqqət edilməli vacib bir məsələ də məhz budur. Həyatımızda olan hərəkət faktorları xeyli azalıb. Qloballaşan dünyada gedən proseslər insanların daha çox masa arxasında - fiziki gücün deyil, daha çox zehnin istifadə olunduğu əməyə üstünlük verməsinə gətirib çıxardır. Daha bir məsələ də stresin çoxalmasıdır.

- Stres - vaxtaşırı eşitdiyimiz sözdür. Bunu necə konkretləşdirək? İnsanların günlük həyatlarında olan problemlər?

- O da var, amma digər bir məsələ də insanların sosial şəbəkədən aldıqları məlumatların əvvəlki illərə nisbətən daha çox və fərqli olmasıdır. Bu məlumatların beynimizdə emal edilməsi də bizim üçün əlavə stres yaradır. Bu isə metabolizm sisteminə mənfi təsir göstərir.

- Sağlam həyat tərzi sürən idmançılar arasında belə, ürək çatışmazlığından vəfat halları geniş yayılıb, həm də deyilir ki, digər bir səbəb də koronavirusdur, daha dəqiq, peyvəndlərdir…

- Bilirik ki, “idmançı ürəyi” deyilən bir anlayış var. Keçmişdə də onların ani ölümlərinə rast gəlirdik, indi də gəlirik və gələcəyik də. İdmançı ürəyi, adətən, normadan çox yük altında olur, onlarda hipertoniya əmələ gəlir. Sadəcə, əvvəllər bunu yoxlamaq olmurdu, dünyada bugünkü qədər elektrofiziologiya inkişaf etmədiyi üçün diaqnoz qoyula bilmirdi. Amma indi onlar xüsusi testlərdən keçir, yoxlanılırlar və bu hadisələrin qarşısı da qismən alına bilir. İstər idmançıların, istərsə də idman etməyənlərin ölümünü virusla, peyvəndlə əlaqələndirməyin, ən azından, tibbi tərəfdən heç bir açıqlaması yoxdur. Bu barədə qəti nəsə demək olmaz.

- Rəşad bəy, bəs qidaların süniləşməsi necə, qəsdən olan bir məsələdirmi, dünyadakı insan sayını azaltmaqmı istəyirlər?

- Təbii qidalardan uzaqlaşmaq məsələsi həm də insanların rahatlığını təmin etmək istəyindəndir. Ümumiyyətlə, dünyada insan sayının çox olması qidaya ehtiyacın da artmasına səbəb olur və bu da ortaya alternativ qidalar çıxarır. “Qidaları belə edirlər ki, insanlar ölsünlər” fonunda müzakirə etmək isə, məncə, doğru deyil. Prosesin məqsədi həm də insanların aclıqdan ölməmək üçün qida ilə təmin olunmasına dəstəkdir. Axı insan sayı artdıqca qida da artmalıdır. Biz süniləşmiş qidalardan istifadə etdikcə bədənimizin genetik yaddaşı bu qidalara hazır olmadığına görə onları həzm, qəbul, emal edə bilmir və zaman keçdikcə xəstəliklər yaranır. Şəxsi düşüncəm budur ki, bəzi qidalarda süni maddələr xüsusi bir planlama deyil, həmin insan oğlunun özünə qarşı bilmədən etdiyi hərəkətdir. Bundan əlavə, kimsə kimisə məcbur etmir ki, fastfud alsın. Üstəlik, evimizdə də təbii qidalarla qidalanmaq mədəniyyətini getdikcə itirməyə başlayırıq.

- Konkret olaraq ani ölümün qarşısını nisbətən almaq üçün ən azı müayinə oluna bilməyən adamlar nə etməlidirlər, hansı həyat tərzi mütləqdir?

- Bunlar bir az bilinən məsələlərdir. Konkret olaraq sağlam həyat tərzi, yəni təbii qidalanma, üstəlik, mümkün qədər də az qidalanmaq. Və əlbəttə ki, aktiv həyat tərzi - idman etmək, stresdən uzaq olmaq. Məsələn, həftədə ən azı üç-dörd dəfə olmaqla qırx beş dəqiqə, bir saat templi bir yürüş etmək faydalıdır. O cümlədən, gündəlik olaraq da idman hərəkətləri vacibdir. Lazımsız yerə günümüzü sosial dünyada keçirməməliyik.

Seçilən
69
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3360
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3204
Bu yol qovşağında təmir işləri aparılacaq
2650
Bakıda hoteldə yanğın başlayıb
2280
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1380
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1376
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1244
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1230
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1070
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1052
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
879
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
836
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
800
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
780
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
761
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
743
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
734
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
718
Sabah 5 kəndin qazı kəsiləcək
690
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
665