AZ

Onu çiy yemək lazımdır: Həkim çuğundurun kişilərə təsirini açıqladı

Bəzi qidalar, hətta faydalı məhsullar da kişi libidosuna mənfi təsir göstərə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Подмосковье сегодня" xəbər saytına Vidnovskaya Klinik Xəstəxanasının uroloqu Zaqid Asaxanov məlumat verib.

"İlk növbədə, soya məhsullarından imtina etməlisiniz. Çox yesəniz, bədəndə testosteronun səviyyəsi azalacaq, çünki bu məhsulda qadın hormonu estrogeninə bənzər fitoestrogenlər var. Bu səbəbdən kişi hansısa serialı intim yaxınlıqdan üstün tuta bilər" , - mütəxəssis qeyd edib.

Paxlalı bitkilərdə də çoxlu miqdarda fitoestrogen var: noxud, lobya, mərcimək və s. Bundan əlavə, bu qidalar şişkinliyə səbəb ola bilər. Asaxanov pivəni, həmçinin kvas, çörək və digər maya məhsullarını da qara siyahıya salıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
50
Mənbələr
Şərh ()
Bağla