AZ

Rusiya müdafiə nazirinin müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Hazırda zəruri istintaq prosedurları aparılır.Bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidmətinin yaydığı bəyanatda qeyd edilib.Kremlin mətbut xidmətinin rəhbəri Dmitri Peskov da mövzu ilə bağlı jurnalistlərə açıqlama verərək, İvanovun saxlanması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə və Rusiyanın müdafiə naziri Sergey Şoyquya əvvəlcədən məlumat verildiyini bildirib.Qeyd edək ki, Timur İvanov 2016-cı ilin mayında Vladimir Putinin imzaladığı fərmanla Rusiya müdafiə nazirinin müavini təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
21
Mənbələr
Şərh ()
Bağla