AZ

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Yayımlanan videoda Akopyanın kiçik qızı ilə birlikdə "abidə" qarşısına yaxınlaşdığı anda onun ünvanına təhqirlər səsləndirməyə başladığı əks olunub.

Belə ki, Akopyanı görən bir qrup şəxs "Nikol qatildir", "Nikol xaindir" şüarları səsləndirməyə başlayıb.

Mühafizəçi ondan getməyi xahiş etsə də, Akopyan imtina edib. Polisin müdaxiləsindən sonra Akopyan gül qoya bilib.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
36
Mənbələr
Şərh ()
Bağla