AZ

Xəritə yayıldı, bu ərazilər Azərbaycanın nəzarətinə keçir

4 kəndin qaytarılmasından sonra anklav olan digər 4 kənd də qaytarılacaq.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

Abramyan bildirib ki, üçü Tavuş bölgəsində (Qazaxın anklav olan kəndləri-red), biri Ararat bölgəsində (Sədərəyin Kərki kəndi-red) olan bu kəndlərin qaytarılmasından sonra Ermənistan iflic vəziyyətinə düşəcək.

“Hökumətin təklif etdiyi alternativ yollar isə sadəcə sürünmək üçün bir şansdır. Yollarımız Azərbaycanın nəzarətinə keçəcək”, - o bildirib və bunu göstərmək üçün xəritə yayıb.

Qeyd edək ki, Kərki kəndi qaytarılacağı təqdirdə, Ermənistanın İrana çıxışı olan Şimal-Cənub marşrutu, Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri qaytarılacağı təqdirdə, Gürcüstana gedən magistral yolu ordumuzun nəzarətinə düşə bilər.

Asif


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
30
Mənbələr
Şərh ()
Bağla