AZ

Yanvar-mart aylarında Türkiyənin Mersin limanı 2 mindən çox gəmi qəbul edib

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Mersin limanı 2min 339 gəmi qəbul edib.

Trend-in TurkicWorld-ə istinadənxəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Bildirilib ki, qeyd edilən müddət ərzində Mersin limanı Türkiyəbayrağı altında üzən 708, digər ölkələrin bayraqları altında üzənmin 631 gəmi qəbul edib.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyə limanları 36milyon 684 min 911 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında üzən gəmilərlə daxililimanlara yük qəbulu 2 milyon 965 min 1 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzəngəmilərlə yük daşınması 33 milyon 719 min 910 ton olub.

Bununla yanaşı, 2024-cü ilin mart ayında Türkiyə limanlarından 5milyon 699 min 607 ton tranzit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-martaylarında Türkiyə limanları 102 milyon 714 min 524 ton yük qəbuledib.

Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 7 milyon 704min 473 ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzəngəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 95 milyon 10 min 51ton təşkil edib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-mart aylarındaTürkiyə limanlarından 16 milyon 857 min 351 ton tranzit yükdaşınıb.

2024-cü ilin mart ayında Türkiyə limanları 4 min 834 gəmi qəbuledib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrinbayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 324, Türkiyəbayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 510 olub.

2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 13 min 718gəmi qəbul edib.

"Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul ediləndigər ölkələrin bayraqları altında olan gəmilər 9 min 372, Türkiyəbayrağı altında olan gəmilər isə 4 min 346 olub”, - deyənazirlikdən bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
32
az.trend.az

10Mənbələr