AZ

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Bakı, 25 aprel, AZƏRTAC

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində Xalq artisti Fikrət Verdiyevin əziz xatirəsinə həsr olunmuş konsert proqramı təşkil edilib.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Fikrət Verdiyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Konsertdə "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə Xalq artistləri Niyaməddin Musayev, Samir Cəfərov, Əməkdar artistlər Ehtiram Hüseynov, Sevinc Sarıyeva, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, gənc ifaçılar Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Anar Quliyev, Humay Qədimova, solistlər Samir Məmmədov, Leyla Mehdiyeva, Çinarə İsgəndərova, Şirvan Cahangirov, Rövşən Məmmədov çıxış ediblər. Həmçinin "Zabul segah", "Bayatı şiraz", "Mahur təsnifi", "Dilkeş təsnifi" və "Segah təsnifi" xalq mahnıları səsləndirilib. Sahil Quliyevin bədii rəhbərliyi ilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları da olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
50
Mənbələr
Şərh ()
Bağla