AZ

İsrail razılaşdı: Bu məsələdə HƏMAS-a güzəştə gedir

İsrail Qəzza zolağında atəşkəs üçün Fələstinin radikal HƏMAS hərəkatına qarşı güzəştlərə getməyə və tələblərini yumşaltmağa hazırdır.

Publika.az xəbər verir ki, bu barədə “Ynet” portalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İsrail tərəfi 40 yox, 33 girovun azad edilməsinə razıdır. Bu qrupa qadınlar, qocalar və xəstələr daxil olacaq. Bunun müqabilində Təl-Əviv atəşkəs müddətinin azaldılmasını tələb edir.

HƏMAS daha əvvəl silahın yerə qoyulması üçün bir şərt qoymuşdu. Hərəkat Fələstin dövlətçiliyi əldə olunarsa, silahları yerə qoymağa hazır olduğunu bəyan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
50
Mənbələr
Şərh ()
Bağla