AZ

AFFA elita klublarını və əvəzedicilərini cəzalandırdı - Səbəb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqa, Azərbaycan Kuboku və Əvəzedicilər Liqasıyla bağlı bəzi qərarlar qəbul olunub.

Arena.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 31-ci turunun oyunlarındakı qayda pozuntularına belə hüquqi qiymət verilib:

Azərbaycan Premyer Liqası, 31-ci tur

“Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığına görə Tovuz klubu 700 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Tovuz” klubu 800 manat cərimə edilib Oyunun birinci hissəsi bitdikdən sonra “Turan Tovuz”un azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə Tovuz klubu 800 manat cərimə edilib “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib.

“Qarabağ” – “Qəbələ” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam klubu 1500 manat cərimə edilib.

“Zirə” – “Neftçi” oyununun 67-ci dəqiqəsində “Zirə”nin futbolçusu Ceyhun Nuriyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Zirə” buna görə 500 manat cərimə ödəyəcək. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Zirə” 800 manat cərimə edilib.

“Kəpəz” – “Sabah” oyununun 87-ci dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Gəncə klubu 1000 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Naxçıvan klubu 800 manat cərimə edilib.

Azərbaycan Kuboku, yarımfinal

“Qarabağ” – “Neftçi” oyunundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Ağdam klubu 800 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 31-ci tur

“Qarabağ-2” – “Qəbələ-2” oyununda “Qarabağ”ın futbolçusu Nihad Əliyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimə edilib.

“Zirə-2” – “Neftçi-2” oyununda “Zirə”nin futbolçusu Ramin Abdullayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, komandası 200 manat cərimə edilib. “Zirə”nin digər futbolçusu Vüsal Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, komandası 50 manat cərimə edilib. “Neftçi”nin futbolçusu David Orucov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, komandası 50 manat cərimə edilib. “Neftçi”nin digər futbolçusu Fərid Səfərli rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, komandası 200 manat cərimə edilib. “Neftçi”nin daha bir futbolçusu – İbrahim Novruzov da rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, komandası 200 manat cərimə edilib.

“Kəpəz-2” – “Sabah-2” oyununun ilk hissəsi “Sabah”ın meydançaya gec çıxması səbəbindən 4 dəqiqə gec başladığı üçün sözügedən komanda 150 manat cərimə edilib. “Sabah”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün paytaxt komandası 70 manat cərimə edilib.

Seçilən
94
7
Mənbələr
Şərh ()
Bağla