AZ

®“Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Daim korporativ sosial məsuliyyət strategiyasına sadiqliyi ilə diqqətləri öz üzərinə çəkən “Ziraat Bank Azərbaycan” bu dəfə Türkiyənin Gəncədəki Baş konsulluğunun təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin iştirakı ilə keçirilən tədbirə dəstək olub. Tədbir şəhid və qazi övladları, həmçinin kimsəsiz uşaqlar üçün təşkil olunub. Hər il ənənəvi olaraq təşkil olunan tədbirdə Gəncə Uşaq İncəsənət Məktəbinin, Gəncə Dövlət Filarmoniyasının, Gəncə Uşaq Evinin, Fikrət Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbinin, Aşıq Şəmşir adına Göygöl Rayon Musiqi Məktəbinin istedadlı şagirdlərinin təqdimatında bir-birindən maraqlı çıxışlar izlənilib.

Bankın dəstəyi ilə tədbirdə iştirak edən bütün uşaqlara Türkiyənin Gəncədəki Baş konsulluğu tərəfindən hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC, Türkiyəyə məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, bankın feysbuk, instaqram, tviter, linkedin, yutub sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Seçilən
95
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15576
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15350
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15213
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12982
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11581
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9266
"Zaur, yenə çaşdın..." - VİDEO
7755
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5903
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5601
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4824
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4691
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4315
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4126
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3955
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3186
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3156
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2916
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2912
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2753