AZ

COP29 həmrəylik və əməkdaşlıq platformasıdır

Azərbaycanın Respublikasının yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək bir ölkə kimi seçilməsi dövlətimizin daha bir uğuru, eləcə də qlobal miqyasda güclü diplomatiyasının göstəricisidir. Əlbəttə ki, Azərbaycanın beynəlxalq miqyaslı - BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurla sədrlik etməsi ona göstərilən etimadın, inamın təzahürüdür. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP29-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. "Bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür". Bu fikri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda çıxışında deyib. Cənab Prezident qeyd edib ki, COP29-a biz öz sədrliyimizə nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Azərbaycan platformasından COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə baxılacaq.
          COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı hesab oluna bilər. İqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq COP29 çərçivəsində Azərbaycan gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha sərgiləyəcəkdir. Bildiyimiz kimi, yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarlarına çıxışı Azərbaycanın enerji siyasətinin prioritetləri sırasındadır.      
          Paytaxtımızda keçrilən sözügedən forum regional təhlükəsizlik, enerji keçidi və yaşıl artımla bağlı Azərbaycanın baxışının təqdim olunmasında əhəmiyyətlidir. Belə ki, Qarabağda yaşıl və ekoloji cəhətdən təmiz zonaların yaradılması, Azərbaycanda külək və günəş enerjisi layihələri və başqa mövzular baxımından müxtəlif yanaşmalar diqqətdən kənarda qalmadı. 
          Forumda erməni işğalının nəticələrinin ətraf mühitə təsiri, o cümlədən çox ciddi mina problemi və bunun fəsadlarının aradan qaldırılması və digər məsələlərə də nəzər salınıb.      
          Məlum olduğu kimi, forum iştirakçıları Laçına səfər ediblər. 28 il işğal altında qalan Laçınının azad olunması Azərbaycanın siyasi iradəsinin göstəricisi idi. "Mən işğal edilmiş ərazilərin hərbi-siyasi yolla azad olunduğunu deyəndə Laçın bunun bariz nümunəsidir" – deyən Prezident bildirib ki, hazırda isə biz siyasi yolla davam edirik və əminəm ki, biz bütün məqsədlərimizə siyasi vasitələrlə nail ola bilərik və məhz bunu nümayiş etdiririk.       
          Forumda Cənab Prezidentə ünvanlanan sualları cavablandıran dövlətimizin başçısı Avrasiya inteqrasiyası ilə bağlı suala aydınlıq gətirib. Yaxın illərdə, məlumdur ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqının zirvə toplantılarında və digər beynəlxalq tədbirlərində iştirak edir. "Azərbaycanın bu təşkilata üzvlüyü gözləniləndirmi?" sualına gəlincə isə, Prezident bildirib ki, biz həqiqətən də həm Prezident, həm də Baş nazir səviyyəsində Avrasiya İqtisadi İttifaqının tədbirlərinə dəvət edilmişik. Ermənistandan başqa Avrasiya İqtisadi İttifaqının bütün üzvləri ilə Azərbaycanın sıx tərəfdaşlıq münasibətləri mövcuddur. "Dayanıqlı, daxili resurslara söykənən və şaxələndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə yaxşı ikitərəfli iqtisadi əlaqələrə malik olmağımız bizə kifayət edir", – deyə Prezident bildirib.  
          Müasir dövrdə dünya ölkələri ilə sıx əməkdaşlıq edən etibarlı tərəfdaş olan Azərbaycan Almaniya ilə də müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrinə malikdir. İki ölkə arasındakı münasibətlərdə uğurlu səhifələr açılıb və bu gələcək əməkdaşlığın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Dövlətlərarası münasibətləri dövlətimizin başçısı yüksək dəyərləndirib.
    
      Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları məsələsinə gəlincə isə dövlətimizin başçısı "Biz məsələnin sülh sazişinin imzalanmasına, həllinə heç vaxt olmadığı qədər yaxınıq, - deyərək bildirib ki, biz işğal zamanı buna bu qədər yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik.
Həmin vaxt hətta "Madrid Prinsipləri" üzrə razılığa gəlinmədiyini xatırladan dövlətimizin başçısı o zaman sülh sazişinin layihəsi belə olmadığını iştirakçıların diqqətinə ç
atdırıb. İndi isə o, artıq mövcuddur. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin razılaşdırılmasına maneə yoxdur. Təbii ki, sülh siyasətinə sadiq olan Azərbaycan məhz sülh prosesinin təşəbbüskarı olmuşdur. Bu günün reallıqları onu deməyə əsas verir ki, Azərbaycanın sülh danışıqları prosesinə ciddi irəliləyişə nail olmaq ehtimalı vardır.     
     
     Forumda bir çox məsələlərə, son 9 ayın uğurlarına, ekoloji problemin ölkəmizin gündəmində olması, Azərbaycan–Almaniya əlaqələri, Çin-Azərbaycan münasibətləri və s. məsələlər toxunulub və bunlara aydınlıq gətirilib. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi mühüm əhəmiyyət kəsb edir. SOP29-un ölkəmizdə keçirilməsi sülh prosesinin məntiqidir.

 

 

Rafiq Məmmədov, Əməkdar müəllim, 135 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi

Seçilən
148
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25494
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16615
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
14181
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13823
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11278
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10379
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10378
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9928
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9194
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
7628
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7052
Səidə Sultan klipi üçün lüt soyundu
6896
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6113
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5869
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5481
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5100
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4462
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4324
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4092