AZ

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

ABŞ Ukraynaya silah alınması üçün 6 milyard dollar ayıracaq...Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin məlumat verib.“Mən Ukraynaya yardım təşəbbüsü çərçivəsində 6 milyard dollar ayrıldığını elan etməkdən məmnunluq duyuram. Bu, ABŞ-də istehsal olunan silahların alınmasında bizə kömək edəcək”, - deyə o bildirib.“Bu, indiyədək ən böyük yardım paketidir. Bura NASAMS və Patriot sistemləri ilə bağlı kritik vacib vasitələr daxil olacaq. Daha çox dronlar və digər avadanlıqlar olacaq. Böyük miqdarda artilleriya sursatları və yer-hava raketləri olacaq”, - deyə Lloyd Ostin qeyd edib.Poliqon.info

Seçilən
87
50
Mənbələr
Şərh ()
Bağla