AZ

FHN məktəblərdə və idarələrdə tədbirlər həyata keçirib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada, Xətai rayonu 17, Sabunçu rayonu 295, Binəqədi rayonu 276 nömrəli tam orta məktəblərində, Gəncə Regional Mərkəzi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Samux rayon Bölməsində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Ağsu rayonu A.Soltanov adına Qəşəd və Bico kənd tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Qusar şəhəri, 6 nömrəli tam orta məktəbdə, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində, Aran Regional Mərkəzi tərəfindən Mingəçevir şəhər 13 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
193
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22848
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14387
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
12977
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8651
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6890
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6642
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5121
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4417
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4055
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3746
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3521
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3128
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2779
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1598
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1579
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1341
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1324