AZ

Şəkidə iki minik avtomobili toqquşub, 2 nəfər xəsarət alıb

Şəkidə iki minik avtomobili toqquşub, xəsarət alanlar var.Leqal.info xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonu Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Hərəkətdə olan “Toyota” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.Qəza zamanı “Toyoto”-nun sürücüsü 1978-ci il təvəllüdlü Qax rayon sakini Qoqita Babacanaşvili və 1987-ci il təvəllüdlü Rəşad Nuru oğlu İsrafilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır.Elvin MahmudluLeqal.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
25
leqal.info

10Mənbələr