AZ

Nazim Bəydəmirlinin məhkəməsi başlayıb - FOTO

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən Nazim Bəydəmirli cinayət işi materialları ilə tanış olmadığını deyib. O, dövlət tərəfindən təyin olunan müdafiəçidən imtina edib.

N. Bəydəmirlinin digıər vəkilivəsatətlə çıxış edib. O, Nazim Bəydəmirli barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və yaxud cinayət işinə xitam verilməsini istəyib.

Nazim Bəydəmirli isə çıxışında heç bir cinayət törətmədiyini bildirib.

Məhkəmə vəsatəti təmin etməyib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Mürsəl İbrahimov və Ədalət Bağırov tanınıb.

Məhkəmənin baxışı mayın 13-nə təyin edilib.

Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi, daha sonra 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciət edərək N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb.

Nazim
Seçilən
1
27
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18427
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17750
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16983
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
15768
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15482
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14598
Çingiz Mustafayevin toyudur - FOTOLAR
13645
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
13269
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10970
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10893
"Zaur, yenə çaşdın..." - VİDEO
8528
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7537
Minimum əmək haqqı nə qədər arta bilər?
6738
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6730
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6333
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5626
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5464
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5364
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4999