AZ

Növbəti köç karvanı Füzuliyə çatıb (FOTO)

Bakı. Trend:

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan vərespublikanın müxtəlif bölgələrindən yola salınan növbəti köç karvanı Füzulişəhərinə çatıb.

Trend xəbər verir ki, Füzuli şəhəri doğma sakinləriniqarşılamağa davam edir. Bu gün 39 ailə olmaqla, 153 nəfər Füzulisakini öz yurduna qovuşub.

Bugünkü köç karvanı respublikanın müxtəlif ərazilərindəyataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər vəinzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.Bakıdan 27 ailə (110 nəfər), Sumqayıtdan 5 ailə (14 nəfər),Füzulidən 3 ailə (10 nəfər), Şamaxıdan 2 ailə (8 nəfər), Abşerondan1 ailə (7 nəfər), Yevlaxdan 1 ailə (4 nəfər) doğma yurdunaqovuşub.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülənailələr Qaradağ rayonunun “Qobu Park-3” köçkün şəhərciyindən yolasalınıb, Yevlax şəhəri, Füzuli və Şamaxı rayonundan yola salınanailələr isə Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanınaqoşularaq bir yerdə hərəkət ediblər.

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar,onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.

Bununla da Füzuli şəhərində 822 ailənin, yəni 3132 nəfərinməskunlaşması təmin edilib.

Növbəti
Növbəti
Növbəti
Seçilən
146
32
Mənbələr
Şərh ()
Bağla