AZ

Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir? – AÇIQLAMA 

Azərbaycan uşaq ölümlərinin sayına görə keçmiş SSRİ-də üçüncü yeri tutur. Bu barədə Bakı Araşdırmalar İnstitutu məlumat yayıb. Məlumatda deyilir ki, 1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib. Amma bununla belə uşaq ölümü sayına görə ölkəmiz hələ də “yüksək pillə”lərdədir.

Ən çox uşaq ölümü qeydə alınan ölkələrə Türkmənistan başçılıq edir. Bu ölkədə doğulan hər 1000 uşaqdan 41,4-i ölür. İkinci yerdə isə Tacikistan gəlir. Bu ölkədə isə 1000 uşaqdan 31,4-ü vaxtsız dünyaşını dəyişir. Bu sahədə ən uğurlu nəticə Estoniyaya məxsusdur- hər 1000 uşaqdan cəmisi 2-si tələf olur. Son üçlüyü ilə Belarus (2,7) və Latviya (3,3) tamamlayır.
 

MÖVZU İLƏ BAĞLI:

“Siqaret tüstüsü körpələrdə ani ölümə səbəb ola bilər” – Professordan HƏYƏCAN TƏBİLİ


Bəs, ölkəmizdə uşaq ölümlərinin sayını necə azaltmaq olar?

Suala tanınmış həkim Abbas Bağırov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, beynəlxalq statistikalara görə müxtəlif amillərin təsirindən yenidoğulmuşlar arasında tələfat hallarının olması qeyd edilə bilər:

“Doğuşayardım proqramları icra edilməyən əvvəlki dövrlərdə baş vermiş doğuşdan sonrakı ölüm hallarını sayı daha aşağı faizlə göstərlirdi. Bununla belə, hamiləliyin gedişatına daha ciddi nəzarət olunduğu, səhiyyə sisteminin maddi texniki bazasının təkmilləşdirildiyi indiki vaxtda körpə ölümlərinin sayının kəskin azalmaması xeyli narahatlıq doğurur. 

Azərbaycanda yeni doğulan körpələrin ölüm faizini aşağı salmaq üçün kifayət qədər imkanlar mövcuddur. Əvvəla onu qeyd etmək lazımdır ki, müasir gəncliyin nigahaqədərki dövrdə fizioloji və psixoemosional inkişafında bir sıra boşluqlar müşahidə olunur ki, bu da onların əksəriyyətini medikamentlərdən asılı vəziyyətə gətirir. 

Qidalanma (alimentar), təbiət (ekoloji) faktorları da onun üzərinə gəldikdə istər perinatal (bətndaxili), istərsə də (postnatal) doğuşdan sonrakı dövrdə uşağın inkişaf prosesi pozulmuş olur”.

Abbas Bağırov kliniki, immunogenetik və biokimyəvi göstəricilərin də xəstəlik əlamətləri olduğunu söyləyib:

“Hamiləlik dövründə protokol qaydalarına əsasən bir sıra müayinələrin aparılması zəruri hesab olunur. Buraya bir sıra infeksiyaların ayarlanması və qanın hamiləliyin gedişatı üçün tələb olunan bəzi təhlilləri də buna aiddir. İmmunitetin vəziyyətindən asılı olaraq keçici xarakterli bəzi immunogenetik göstəricilər pozitiv çıxa bilər. Bu halda həkimlərimizin xəstəyə daha professional yanaşmasına böyük ehtiyac yaranır. 

Rast gəldiyimiz ən çox yayılan müalicə metodu kimi plazamaferez - el arasında "qan yuma" deyilən prosedura üstünlük verilir. Hamilələr üçün əgər kritik səviyyəni ifadə edən göstəricilər müşahidə olunmursa plazmaferez aparılması ciddi fəsadlara - bətndaxili inkişaf qüsurlarına - anomaliyalara, immunosupressiv (immun statusun aşağı düşməsi) vəziyyətlərə yol aça bilir”. 

“Bu hallar dünyaya gələn körpələrin sağlamlıq və həyati durumu barədə ciddi təhdid yaradır. 
Əhali bilməlidir ki,plazamaferez zamanı dölün inkişafı üçün zəruri olan komponentlər qandan ayrılıb kənara atılır ki, bu da bətndaxili inkişaf və qidalanma problemləri yaradır.

Təkrarı plazmaferez prosedurları nəticəsində hamilə qadınların qanda zülal fraksiyaları azalır bu hal dölün funksional sistemlərinin formalaşması üçün yetərli deyil. 

Eləcə də bu, gələcəkdə dünyaya göz açacaq körpənin həyatı üçün ən başlıca təhlükələrdəndir. Göstərilən faktorlar və bir qədər də doğuşun aparılması professionallığının tənzimlənməsində irəliləyişə nail olunsa, uşaq ölümlərinin sayında ciddi azalma müşahidə oluna bilər. Həmçinin hamiləlik dövründə dərman maddələrinin istifadəsini minimuma endirmək lazımdır”, - deyə həkim bildirib.

Surxay Atakişiyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
15596
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11614
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5295
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5217
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3653
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3206
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3182
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2984
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2714
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2662
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2367
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2250
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2238
Hidayət Heydərov dünya çempionu oldu
2018
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1860