AZ

Tovuzda sevgilisi tərəfindən yandırılan qadın vəfat edib

Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın Respublika Yanıq Mərkəzində vəfat edib.
Tribunainfo.az trend-ə istinadən xəbər verir ki, aprelin 19-da rayon sakini 2002-ci il təvəllüldü Röyal Tağıyev qeyri-rəsmi münasibətdə olduğu Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb.
T.Məmmədova 3-cü dərəcəli yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi.
Qeyd edək ki, faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, R. Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
245
10
Mənbələr
Şərh ()
Bağla