AZ

Emindən terror hadisəsi ilə bağlı paylaşım - "40 gün əvvəl..." - FOTO

Xəbər verdiyimiz kimi, martda Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus "Crocus City Hall" ticarət mərkəzində terror aktı törədilib.

Musavat.com bildirir ki, axşam.az-ın məlumatına görə, Xalq artisti Emin Ağalarov hadisə ilə bağlı növbəti dəfə paylaşım edib. O, terrordan 40 gün keçdiyini vurğulayıb.

"40 gün əvvəl "Crocus City Hall"da 144 nəfərin ölümü ilə nəticələnən dəhşətli terror aktı baş verdi. Yüzlərlə insan zərər çəkdi, bir çoxunun hələ də köməyə ehtiyacı var.

Bütün bu günlərdə Müslüm Maqomayev Fondu zərərçəkənlərə kömək məqsədilə xeyriyyə aksiyası keçirib. Qayğıkeş insanların sayəsində fond təxminən 140 milyon rubl toplaya bildi. Bu müddət ərzində ölən və yaralananların 80-dən çox ailəsi və yaxınları kömək istəyib.

Mən bir daha həlak olanların bütün ailələrinə səmimi başsağlığımı, o dəhşətli axşam insanların xilasına kömək edən hər kəsə dərin təşəkkürümü və bütün qurbanlara hələ də dəstək verənlərə böyük hörmətimi bildirmək istəyirəm" deyə, E.Ağalarov yazıb.

Qeyd edək ki, Moskvada "Crocus City Hall"da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, daha 551 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə təqsirləndirilən 4 nəfər həbs edilib. Saxlanılan daha 5 nəfər isə cinayətdə iştirak etməkdə ittiham olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17374
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12490
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9955
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4127
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3718
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3177
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2987
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2585
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2214
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2104
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1566
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1092
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
980
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
968
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
958
Mayın ilk gününün havası açıqlanıb
873
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777