AZ

Facebook və Instagrama qarşı araşdırma başlanacaq - SƏBƏB

Avropa Komissiyası yaxın vaxtlarda “Facebook” və “Instagram”a qarşı təhqiqata başlandığını elan etmək niyyətindədir.


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb AK-nin iki aparıcı sosial platformanın Rusiya dezinformasiyası ilə mübarizə üçün kifayət qədər tədbirlər görməməsindən ehtiyat etməsidir. "Financial Times"da qeyd olunub ki, “Meta” şirkəti iyunda keçiriləcək Avropa Parlamentinə seçkiləri poza biləcək siyasi reklamın geniş yayılmasının qarşısını almaq üçün kifayət qədər effektiv moderasiya apara bilmir.
 

Qeyd olunub ki, Avropa Komissiyasının bəyanatında Rusiya konkret olaraq qeyd olunmur, sadəcə olaraq xarici qurumların manipulyasiyalarından bəhs edilir. Öz növbəsində, "Meta" şirkəti öz platformalarında narahatlıq doğuran riskləri müəyyən etmək və zərərsizləşdirmək üçün kifayət qədər yaxşı və effektiv əməliyyat sisteminə malik olduqlarını bildirib.


İnci
sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
50
Mənbələr
Şərh ()
Bağla