AZ

Emindən "Krokus" teraktı ilə bağlı paylaşım: 40 gün öncə...

Xalq artisti Emin Ağalarov martda Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus "Krokus Siti Holl" ticarət mərkəzində baş vermiş terror aktı ilə bağlı paylaşım edib.
BUTA.TVAxşam.az-a istinadən xəbər verir ki, Ağalarov terrordan 40 gün keçdiyini vurğulayıb. "40 gün əvvəl "Krokus Siti Holl"da 144 nəfərin ölümü ilə nəticələnən dəhşətli terror aktı baş verdi. Yüzlərlə insan zərər çəkdi, bir çoxunun hələ də köməyə ehtiyacı var. Bütün bu günlərdə Müslüm Maqomayev Fondu zərərçəkənlərə kömək məqsədilə xeyriyyə aksiyası keçirib. Qayğıkeş insanların sayəsində fond təxminən 140 milyon rubl toplaya bildi. Bu müddət ərzində ölən və yaralananların 80-dən çox ailəsi və yaxınları kömək istəyib. Mən bir daha həlak olanların bütün ailələrinə səmimi başsağlığımı, o dəhşətli axşam insanların xilasına kömək edən hər kəsə dərin təşəkkürümü və bütün qurbanlara hələ də dəstək verənlərə böyük hörmətimi bildirmək istəyirəm", - deyə, E.Ağalarov yazıb.

Qeyd edək ki, Moskvada "Krokus Siti Holl"da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, daha 551 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə təqsirləndirilən 4 nəfər həbs edilib. Saxlanılan daha 5 nəfər isə cinayətdə iştirak etməkdə ittiham olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22583
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14285
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11253
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
10997
Helikopterin qalıqları tapılıb
8192
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7818
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6782
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6630
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5042
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4036
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
3766
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3604
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3463
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2730
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2032
Azərbaycan nefti ucuzlaşdı
1563
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1525
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
1374
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1318
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1311