AZ

Nədimə Rəhimliyə “Araz Supermarket”də yeni vəzifə verildi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz Supermarketlər” şəbəkəsinə yeni təyinat olub.

Banker.az xəbər verir ki, Nədimə Rəhimli  “Araz Supermarket” MMC-nin İdarə heyətinin protokol rəhbəri təyin edilib.

Nədimə Rəhimli Azərbaycan Dillər Universitetində İngilis dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili almış və 2013-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

2021-2023-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ABŞ-ın Corciya Universitetinin birgə ikili diplom proqramı çərçivəsində MBA – Heyətin idarə edilməsi ixtisası üzrə təhsil alaraq, magistr dərəcəsinə yiyələnmişdir.

Peşəkar faəliyyətə 2013-cü ildə özəl şirkətdə ofis-menecer olaraq başlamışdır.

2016-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Daxili Nəzarət və Elektron xidmətlər bölmələrinin rəhbəri vəzifəsində çalışmışdır.

2021-ci ildən Veysəloğlu Şirkətlər Qrupunda fəaliyyətə başlamışdır. AVT Logistics MMC-də ilk olaraq tərcüməçi, daha sonra isə İşə qəbul və İş gücü Planlaması şöbəsində mütəxəssis olaraq işləmişdir. 2023-cü ildən Araz Supermarket MMC-də İnsan Resursları üzrə aparıcı biznes tərəfdaş vəzifəsində çalışıb.

2024-cü ilin yanvar ayından etibarən Araz Supermarket MMC-nin İdarə heyətinin protokol rəhbəri vəzifəsində fəaliyyətini davam etdirir.

Seçilən
111
50
Mənbələr
Şərh ()
Bağla