AZ

Gürcüstan hakimiyyəti narazılıqlara rəğmən xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir

Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası etirazlara baxmayaraq, xarici agentlər haqqında qanun layihəsini hər üç oxunuşda qəbul etməyi planlaşdırır.   

İqtisadiyyat.az xəbər verir ki, bu barədə respublikanın baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.

"Əlbəttə, biz bu qanunu qəbul edəcəyik, bir neçə gün davam edəcək diskomfort olacaq, lakin uzunmüddətli perspektivdə biz ölkəni illər boyu qütbləşmədən və radikalizmdən sığortalayacağıq", - Kobaxidze bildirib.

Hökumət başçısı qeyd edib ki, xarici agentlər haqqında qanunun qəbulu Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını sürətləndirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
50
Mənbələr
Şərh ()
Bağla