AZ

ABŞ onlarla Rusiya müəssisəsinə qarşı sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Rusiya, Türkiyə, Azərbaycan, Belarus və Çindən onlarla şirkətə qarşı sanksiya tətbiq edib.

 

Oxu24.com   bu barədə Amerika Maliyyə Nazirliyinin bəyanatına istinadən xəbər verir.

 

Sanksiyaya məruz qalan Rusiya şirkətləri arasında Ural və Bryansk Avtomobil Zavodları, Yaroslavl Motor Zavodu, eləcə də Rusiya elektronikasının əsas istehsalı olan “Proton” var.

Elektropribor zavodu, Rau Pharm ASC və Sibantrasit qrupunun şirkətləri və bir çox digər Rusiya müəssisələri də sanksiyalara məruz qalıb.

Amerikanın yeni sanksiyalar paketinə həmçinin ABŞ Maliyyə Nazirliyinin Rusiya müdafiə müəssisələri ilə əməkdaşlıq etməkdə şübhəli bildiyi Türkiyə, Azərbaycan, Belarus və Çin şirkətləri də daxildir.

250 rusiyalıya qarşı sanksiya tətbiq edilib.

Bundan əvvəl ABŞ Rusiya ilə əlaqəli sanksiya tətbiq edilən fiziki və qurumlar siyahısına 16 gəmi əlavə edib.

 

Afət

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
50
Mənbələr
Şərh ()
Bağla