AZ

Qəzzada ölən fələstinlilərin sayı açıqlandı

İsrailin oktyabrın 7-dən blokadada olan Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı son 24 saatda 33 nəfər artaraq 34 min 568 nəfərə çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət kəskinləşib.

İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
15
Mənbələr
Şərh ()
Bağla