AZ

Bakıda yol qəzasında bir neçə nəfər xəsarət alıb

Bakının Nəsimi rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, iki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Qazıyev Orxan Əbülfəz oğlu və həmyaşıdları - Mahmudzadə Mirəli Miri oğlu, Osmanov Əli Mehdi oğlu ağır xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı O.Qazıyevə açıq, Ə.Osmanova isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
48
Mənbələr
Şərh ()
Bağla