AZ

Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb

Rəsmi Pekin ABŞ-nin Çin şirkətlərinə qarşı qanunsuz birtərəfli sanksiyalarına qətiyyətlə qarşı çıxır.
 
Bu barədə Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Penyuy deyib.
 
"Çin tərəfi ABŞ-nin qanunsuz birtərəfli sanksiyalarına qətiyyətlə qarşı çıxır", - diplomat Vaşinqtonun çərşənbə günü tətbiq etdiyi, ÇXR-in 21 şirkətinə aid anti-Rusiya sanksiyalarını şərh edərkən vurğuladı.
 
"Çin şirkətlərinin qanuni hüquq və mənafelərini müdafiəsinə davam edəcəyik", - o əlavə edib.
 
"Çin və Rusiya arasında normal ticarət və iqtisadi qarşılıqlı fəaliyyət Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına və bazar prinsiplərinə uyğundur. Bu, üçüncü ölkələrə qarşı yönəlməyib və üçüncü ölkələrin müdaxiləsinə və təzyiqinə məruz qalmamalıdır", - diplomat vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
50
Mənbələr
Şərh ()
Bağla