AZ

ABŞ rəsmən İsrailin Rəfah əməliyyatına dəstək verməyəcəyini açıqladı

\"Təhlükəsizliyi təmin edəcək bir plan görmədən Rəfah əməliyyatına dəstək verə bilmərik\".
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu sözləri İsrailə səfər edən ABŞ dövlət katibi Entoni Blinken İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşündə deyib.

Blinken İsrailin Rəfah şəhərinə qarşı planlaşdırdığı hərbi əməliyyatda mülki vətəndaşları qorumaq planı görmədiklərini və ABŞ-ın bu əməliyyata dəstək verməyəcəyini bildirib.

Netanyahu iki saat yarım davam edən görüşdən sonra verdiyi açıqlamada, ABŞ-nin münasibətinə və Birləşmiş Millətlər Təşkilatının (BMT) \"hücumla nəticələnə bilər\" xəbərdarlığına baxmayaraq, Rəfaha qarşı əməliyyat keçirəcəklərini təkrarlayıb.

Qəzzanın cənubunda Misir sərhədində yerləşən Rəfah şəhəri İsrailin hücumlarından əvvəl təxminən 280 min fələstinliyə ev sahibliyi edir.
 
İsrail ordusu tez-tez hava zərbələri ilə Rəfah şəhərini hədəf alır. İsrailin Rəfah şəhərinə qurudan hücum edəcəyi təqdirdə, mülki əhalinin Qəzza zolağında sığınacaq tapmayacağından ehtiyat edilir.

Beynəlxalq xəbərdarlıqlara baxmayaraq, Rəfaha hücum planını təsdiqlədiyini dəfələrlə təkrarlayan İsrailin baş naziri Netanyahu aprelin 8-də verdiyi açıqlamada hücumun tarixinin müəyyən edildiyini bildirib.

Netanyahu aprelin 30-da verdiyi açıqlamada əsir mübadiləsi razılaşmasının olub-olmamasından asılı olmayaraq Rəfaha hücum edəcəklərini söyləyib.

Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
19

1Mənbələr

Şərh ()
Bağla