AZ

AŞ Gürcüstanı Venesiya Komissiyasının “xarici agentlər” haqqında qanunla bağlı rəyini gözləməyə çağırır

Avropa Şurası Gürcüstan hakimiyyətini Venesiya Komissiyasının “xarici agentlər” haqqında qanunla bağlı rəyini gözləməyə çağırır.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qurumun baş katibi Mariya Peyçinoviç-Buriç bildirib.

“Avropa demokratik və insan haqları standartlarına uyğunluğu ilə bağlı narahatlıqları nəzərə alaraq, mən gürcü qanunvericilərini Venesiya Komissiyasının rəyini gözləməyə və yekun qərar qəbul etməzdən əvvəl onun tövsiyələrini nəzərdən keçirməyə çağırıram”, - Baş katib deyib.

Qeyd edək ki, Gürcüstanın Baş naziri bir gün əvvəl elan edib ki, qanun üçüncü oxunuşda qəbul olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
2
Mənbələr
Şərh ()
Bağla