AZ

5 yaşında dünyanın ən gözəl qızı şeçilib - FOTO

Dünyada gözəllik uğrunda mübarizə getdiyi bir dövrdə, uşaqlar da bu etiketlərin bir hissəsinə çevrilirlər. Nə qədər doğru və ya yanlış olduğunu deyə bilmərik. 

 

Sfera.az bu məzmunda olan yazını sizə təqdim edir. 

 

Gözəllik baxanın gözündədir deyirlər, amma insanlar yekdilliklə bu balaca nigeriyalı qızın dünyanın ən gözəl qızı olduğunu düşünür.


Fotoqraf Mofe Bamuyiva 2018-ci ildə 5 yaşında olan Jare İjalananın fotolarını sosial şəbəkədə paylaşdıqdan sonra fotolar sürətlə viral olub və insanlar qız haqqında "çox gözəl", "göz qamaşdıran" şərhlərini yazıblar.

 

İndiyədək “İnstaqram”da paylaşılan 3 post hər biri 70.000-dən çox bəyənmə toplayıb və fotolara baxanda bunun səbəbini anlamaq çətin deyil.


Fotoları daha cazibədar edən isə balaca uşağın böyük modellər kimi pozalar verməyidir.

 

Bamuyiva çəkdiyi fotoşəkillərdən birinə "Mən onun uşaqlığı ilə yetkinliyi arasındakı maneəni təsvir etmək istədim" yazıb.

 

Fotoqrafın sözlərinə görə, Jare peşəkar model olmayıb.

 

Jarenin ailəsindəki gözəllik bununla məhdudlaşmır. Bamuyiva onun iki böyük bacısı, 7 yaşlı Jomi və 10 yaşlı Cobanın da şəkillərini çəkib və onların da gözə çarpan xüsusiyyətləri olduğunu bildirib.

 

"Parlaq və gözəl olmaqdan başqa, Comi yönəldildiyi hər pozada dediyimdən daha yaxşı performans göstərir. Bu, əlbəttə ki, mənə hər bir kiçik qızın qadın olmaq arzusunda olduğuna dair sübut verir”. 

 

Qeyd edək ki,  balaca bir qızın dünyanın ən gözəl qızı adına layiq görülməsi ilk dəfə deyil. 


6 yaşında olan fransız model Thylane Blondeau da “Vogue Paris”in əlavəsi olan “Vogue Enfants” üçün çəkildiyi fotosessiyadan sonra bütün dünyanı silkələyib.


4 yaşından podiumlarda gəzən Blondeau 2011-ci ildə “Vogue Paris” əlavəsində çəkildiyi zaman mübahisələrin mərkəzinə çevrilmişdi. Feminist Jezebel saytının "bilərəkdən narahatedici" adlandırdığı fotolarda Blondeau tam makiyajlı və dikdaban ayaqqabıda olub.


Anası Veronika Loubri fotoları müdafiə edərək:

 

"Bilirəm ki, bu, şok edici görünə bilər. Çəkiliş zamanı özüm də şokda idim. Amma açıq deyim: məni şoka salan tək şey onun taxdığı boyunbağının 3 milyon avro dəyərində olması idi”.


Ancaq bu, kiçik qızın karyerasını bitirmədi.


O vaxtdan bəri qızcığaz “IMG Models” ilə müqavilə imzalayıb və bir neçə jurnalda, o cümlədən “Teen Vogue” və “Jalouse”un üz qabığında görünüb. O, “Chanel”, “Lacoste”, “Ralph Lauren” və “Dolce & Gabbana” da daxil olmaqla böyük moda evlərinin podiumlarında iştirak edib, “L'Oreal Paris”in brend səfiri olub.

 

Aysel

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
40
Mənbələr
Şərh ()
Bağla