AZ

AÇG və “Şahdəniz” yataqlarının istehsalat göstəriciləri açıqlanıb

Xəzər dənizində yerləşən “Azəri-Çiraq-Günəşli” (AÇG) yataqlarının işlənilməsi çərçivəsində Azərbaycan dövlətinə indiyədək 50 mlrd. kubmetrdən artıq səmt qaz təmənnasız ötürülüb.

Bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Mühəndislik Universitetində ölkə üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) və kibertəhlükəsizlik sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək məqsədilə yeni laboratoriyanın açılışı mərasimində bildirib.

Onun sözlərinə görə, BP indiyədək AÇG-dən 4.3 mlrd. bareldən artıq neft hasil edilib.

Bəxtiyar Aslanbəyli onu da əlavə edib ki, “Şahdəniz” qaz-kondensat yatağından indiyədək 200 mlrd. kubmetrdən artıq qaz hasil edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
243
47
Mənbələr
Şərh ()
Bağla