AZ

Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...

Ermənistanda "qarabağlılar klanı" adlananqruplaşmanın rəhbərləri, sabiq prezidentlər Robert Köçəryanla SerjSarqsyanın tandemi Erməni Apostol Kilsəsi (EAK) ilə fəaliyyətlərinibirləşdirməkdədir.

Baş nazir Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq üçün buüçlüyün malik olduqları bütün vasitələrə və metodlara əl atacaqlarışübhəsizdir.

R.Köçəryanın başçılıq etdiyi "Ermənistan" müxaltifətfraksiyasının deputatları qapalı toplantı keçiriblər.

Toplantıda ölkədəki vəziyyət, xüsusilə də Tavuş (Tovuzqala)rayonundakı hadisələr, Azərbaycanla şərti dövlət sərhədinindemarkasiyası və delimitasiyasının gedişatı müzakirə olunub. Çıxışedən R.Köçəryan deputatlardan "parlamentdə və küçələrdəkimübarizədə daha fəal olmağı" tələb edib.

"Ermənistan"ın parlamentdəki fraksiyasının rəhbəri SeyranOhanyanın dediyinə görə, R.Köçəryan "ölkədəki situasiya ilə bağlıfəaliyyətdən bəhs edib, zəruri məsləhətlər verib".

Daha sonra isə EAK-ın Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskopBaqrat Qalstyanyan əvvəlcə bütün ermənilərin katolikosu 2-ciQaregin, daha sonra isə Robert Köçəryanla görüşüb.

Ermənistan mediasında yer alan məlumatlara görə, görüş zamanıkeşiş Baqrat Tavuş rayonunda 32 ildən bəri erməni işğalında olan,indisə azad edilərək Azərbaycana təşvil veriləcək 4 kənddəməskunlaşmış ermənlərin "Paşinyan hakimiyyətinə qarşıçıxmadıqların"dan şikayətlənib.

Keşiş Baqrata məsləhət bilinib ki, əsas mübarizə İrəvanküçələrində aparılmalıdır. Ən əsası isə, son günlərdə Ermənistanınmüxtəlif məkanlarında yolları bağlayan, N.Paşinyanın istefasını vədelimitasiya-demarkasiya prosesinin dayandırılmasını tələb edənqruplar birləşməli, fəaliyyətlərini "qarabağlılar klanı" və ErməniApostol Kilsəsi ilə birgə reallaşdırmalıdır.

Robert Köçəryansa arxiyepiskop Baqrata "Tavuşdan İrəvanadəktərəfdarları ilə piyada yürüş etməyi" çıxış yolu kimi təklifedib.

R.Köçəryanın sözlərinə görə, N.Paşinyan da Serj Sarqsyanınistefasını tələb edəndə belə yürüş etmiş, yol boyunca ətrafınayığışan tərəfdarların sayını fasiləsiz artırmışdı.

Bütün ermənilərin katolikosu 2-ci Qaregin bu ideyanı bəyənməyibvə arxiyepiskop Baqratın "İrəvana yürüş"ün uğur ehtimalının çox azolduğunu vurğulayıb.

Tərəflər saatlarla davam edən müzakirələrdən sonra ilkinsövdələşmə əldə ediblər. Robert Köçəryan Azərbaycanla şərti dövlətsərhədinin demarkasiyası və delimitasiyasına etiraz edən,N.Paşinyanın istefasını istəyən və yolları bağlayaraq etirazaksiyaları təşkil edən qruplara maliyyələşdirdiyi mass-mediavasitələrinin, 3 telekanalın və bloqerlərin informasiya dəstəyinivəd edib.

Təbii ki, bəhs olunanlar aşkarlanan faktlardır və onlar qıısamüddətdə əvvəlcə R.Köçəryanın köməkçiləri, sonra da "Ermənistan"fraksiyasının mənsubları tərəfindən "qətiyyətlə" təkzib olundu.

Erməni Apostol Kilsəsi (EAK) bəhs olunan görüşlə müzakilərin"əsassız iddialar" olduğunu bəyan edib.

Lakin reallığı danmaq mümkün deyil.

Arxiyepiskop Baqrat Qalstanyan müstəqil fəaliyyət göstərmir.Onun bütün açıqlamaları, bəyanatları, Tavuş rayonundakı isterikdavranışı EAK-ın təlimatları çərçivəsindədir.

Bu keşiş bütünlüklə, total şəkildə idarə olunan fiqurdur vəNikol Paşinyan mediası onu "Ermənistanın keşiş Qapon"uadlandırır.

Bir zamanlar Kanadada fəaliyyət göstərərk EAK-ın Kanadayeparxiyasının arxiyepiskopu olmuş B.Qalstyanyan orada kütllimiqdarda yeyintilərlə məşğul olmuş, bu ölkədəki erməni kilsələrinimüflis duruma salmışdı.

Kanadadadı erməni icmasının səbr kasasını daşdıran B.Qalstyanınbiabırçı şəkildə qovulmasını önləmək üçün Eçmiədzin onu təcilişəkildə Ermənistana qaytarararaq Tavuş rayonuna yollamışdı.

Ermənistanınn baş naziri Nikol Paşinyandan fərqli olaraq,R.Köçəryan, S.Sarqsyan və 2-ci Qaregin qonşu ölkələrə qarşı əraziiddialarından, kliniki psixoz həddinə çatdırılmış revanşizmdən,uydurma əsatirlərə və saxtakarlığa əsaslanmış yalançı tarixdən,“dənizdən dənizə Böyük Ermənistan” idefiksindən və yeni hərbiəməliyyatlara çağırışlardan əl çəkmək niyyətində deyillər.

30 il Ermənistanı idarə edən və ölkənin resurslarını istismaredərək milyardlarla dollarlıq sərvətyə yiyələnən Robert Köçəryan vəSerj Sarqsyan hakimiyyətdə olduqları illərdə ətraflarınatopladıqları, əslən Qarabağdan olan ermənilərdən ibarət«qarabağlılar klanı» formalaşdırıblar.

Həmin klan hazırda Ermənistanın iqtisadiyyatında istisnasızolaraq bütün sahələrdə təmsil olunmaqla yanaşı, daxili siyasətdə dəciddi təsir rıçaqlarına malikdir.

Kənardan təsir altında olan klanın əsas məqsədi Nikol Paşinyanındevrilməsi, hakimiyyətə qayıdışın təminatıdır. Amma onların «comeback» şansları azdır, çünki Ermənistan cəmiyyətində 2-ci QarabağMüharibəsindən sonra pərişanlıq və ümidsizliyin artması,N.Paşinyana olan etimadın azalması ilə müşayiət olunan prosesləryaşansa da, ermənilərin əksəriyyəti Köçəryan-Sarqsyan duetinərəğbətlə yanaşmırlar. Tam əksinə, onlar “sabiqlər”in qayıdışınaimkan verməməyə hazır olduqlarını vurğulayırlar: Ermənistandakeçirilən bütün rəy sorğularının total əksəriyyətinin nəticələribelədir.

Ermənistan Qərbə meylli siyasəti çıxış yolu bilir, ortastatistik ermənilərin böyük qismi də ölkənin üzləşdiyiböhranlardan, ağır vəziyyətdən, xarici siyasətdəki laübələrdən vəvurnuxmalardan qurtulmağın yeganə variantı qismində Avropa İttifaqıilə əlaqələrin genişləndirilməsində, perspektivdə isə bu strukturavə habelə, NATO-ya üzv olmaqda görürlər.

Avropa İttifaqı ilə bağlı ermənilərin planları nə zamansa, çoxuzaq perspektivdə bəlkə də reallaşsın, ola bilər. Amma ErmənistanınŞimali Atlantika Alyansına qoşulması idefiksinin özü belə, Rusiyanıvə İranı ifrat dərəcədə qıcıqlandırır.

İrəvanın NATO arzularını Moskva ilə Tehran bölgədəkimaraqlarına, geosiyasi və geostrateji təhlükəsizliklərinə birbaşatəhdid bildikləri üçün Ermənistanın NATO xəyalı elə illüziya olaraqqalacaq.

Köçəryan-Sarqsyan duetinin planları merkantil, siyasi mənafelərvə iqtisadi istəklər müstəvisindədirsə, Ermənistan Apostol Kilsəsi(EAK) əsrlərdən bəri yürütdüyü doktrinadan əl çəkməyərək ermənilərihələ də puç arzular, revanşizm, etnik və dini zəmində nifrətəköklənmiş dözülməzlik, saxta tarixin təşviqatına əsaslanan ehkamlarçərçivəsində saxlamağa çalışır.

Ermənistan cəmiyyətindəki revanşizm, aqressiya, ərazi iddialarıvə s. kimi ağır, ilk növbədə ermənilərin özləri üçün təhlükəlifəsadların da müəllifi EAK-dır.

Xristianlığın bütün başqa formalarından tam fərqli olan,kilsələrdəki vəzlərdə daim ərazi iddialarını və fantom siyasi“ağrı”ları, “itirilmiş torpaqların mütləq geri qaytarılmasınınvacibliyi”ni gündəmdə saxlamağa çalışan Eçmiədzin ölkədəkihakimiyyətə nifrətini gizlətmir.

Katolikos 2-ci Qaregin indiyədək dəfələrlə, daimi qaydadaN.Paşinyana qarşı yönələn bəyanatlarla çıxış etməklə yanaşı,erməniləri rəsmi İrəvana qarşı çıxmağa çağırır.

“Qarabağlılar klanı” və EAK-ın tandemi hazırda xariciölkələrdəki erməni diasporunu da prosesə öz tərəflərində qataraqN.Paşinyan hakimiyyətinə qarşı birləşmiş düşərgə formatında çıxışetmək istəyirlər.

Bu qüvvələrin birləşməsi isə İrəvandakı mövcud iqtidar üçünolduqca ciddi problemlər yarada bilər.

Hələ ki, N.Paşinyan ABŞ, Fransa və Avropa İttifaqının vəd etdiyidəstəyə güvənərək geri çəkilmək niyyətində deyil.

O, rəqiblərindən fərqli olaraq anlayır ki, Azərbaycanla sülhsazişinin imzalanmasının, şərti dövlət sərhədinin delimitasiya vədemarkasiyasının, Bakı və Ankara ilə normal dövlətlərarasımünasibətlərin qurulmasının, sərhədlərin açılmasının vəkommunikasiyaların bərpasının alternativi yeni qarşıdurma, yenimünaqişədir.

Həmin münaqişədə Ermənistanın dağıdıcı məğlubiyyətlə üzləşməşansı isə həddən ziyadədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
50
Mənbələr
Şərh ()
Bağla