AZ

2023-cü ildə xalça ixracı 2022-ci illə müqayisədə 30% artıb

“2023-də xalça ixracı 2022-ci illə müqayisədə 30% artıb”.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, AZPROMO-nun əsas fəaliyyəti  “Made in Azərbaijan” brendi altında olan məhsulların həm xarici, həm də daxili bazarda təbliğidir:

“Ötən il “Azərxalça” ilə birlikdə dünyanın müxtəlif yerlərində tədbirlər keçirilib və nəticədə xalça ixracı artıb. Biz ümid edirik ki, bu rəqəmlər artacaq. Növbəti illərdə həmkarlarımızla birlikdə bu festivalı daha geniş və mötəbər formada qeyd edəcəyik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
50
Mənbələr
Şərh ()
Bağla