AZ

 “Real Madrid” inamlı qələbə qazandı

İspaniya La Liqasında 34-cü tura start verilib.

Bakıvaxtı.az xəbər verir ki, günün maraqlı görüşündə “Real Madrid” “Kadiz”lə üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində komandalar çox çalışsalar da, hesab açılmayıb.

İkinci hissəyə daha fəal başlayan “Kral” klubu nəhayət ki, istəyinə çatıb. Brahim Diaz 51-ci dəqiqədə sükutu pozub. Hücumlarını daha da artıran meydan sahibləri yenidən rəqibi meydanın mərkəzinə dəvət ediblər. 68-ci dəqiqədə ingiltərəli ulduz Cud Bellingem fərqi artırıb - 2:0. Görüşdə son nöqtəni isə əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Xoselu qoyub - 3:0.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
50
Mənbələr
Şərh ()
Bağla