AZ

Paşinyan üçün növbəti həlledici gün – BİZİM ŞƏRH

Ermənistandakı anti-Azərbaycan hərəkatının yeni lideri yetişdirilir. Onun kilsənin nümayəndəsi olması xüsusi diqqət tələb edir.

Tavuş yeparxiyasının keşişi arxiyepiskop Baqrat Qalstanyan artıq təkcə Ermənistanda yox, onun hüdudlarından kənarda da Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsinə etiraz edən hərəkatın lideri kimi diqqət mərkəzindədir.

Həm yerli, həm də xarici media orqanları keşiş Baqratdan müsahibələr alır, ona istinad edir. Bu planda Ermənistandan Rusiyanın təsir dairəsində olan media və Rusiyanın öz KİV-ləri xüsusi fəallıq göstərir.

Doğrudur Baqratı əsasən Rusiyaya meylli siyasi qüvvələrin tərəfdarları dəstəkləyir. Amma Baqratın əsas siyasi dayağı sözsüz ki, daşnaklardır. Daşnaklar və xaricdəki erməni diasporası bu gün Baqratən dili ilə danışır. Kilsə və diasporanın birgə hərəkəti mövcud şəraitdə Baqratın ümummilli dəstək qazanacağına hesablanmış addım kimi dəyərləndirilə bilər. Ancaq bu gün Ermənistan elektoratının 60 faizini təşkil edən passiv kütlə hələ ki, gözləmə mövqeyindədir.

Baqrat ötən həftə Eçmiədzinə səfər etdi və orada məsləhətləşmələr apardığını bildirdi. Bundan sonra isə o Tavuşdan İrəvana yürüşə başladı. Baqrat mayın 9-da İrəvana çatacağını bildirib.

Bu təsadüfi deyil. Məsələ ondadır ki, ermənilər 1992-ci idən 2021-ci ilə qədər mayın 9-nu təkcə faşizm üzərində qələbəm kimi yox, həm də Şuşanı ələ keçirdikləri gün kimi bayram edirdilər. Baqratın həmin gün İrəvana yürüşlə gəlməsi kütləviliyi təmin etmək, erməni milli kimliyində millətçiliyin həssas nöqtələrindən bir ki. Şuşanın alınması tarixini yada salmaqla kütlənin anti-Azərbaycan ruhunu qaldırmağa hesablanıb.

Bu həm də Azərbaycanla razılaşmalara hazır olan baş nazir Nikol Paşinyana qarşı yönələcək bir addım olmalıdır. Çox güman ki, Ermənistan hakim elitası da bunu bilir və lazımi tədbirlər görüləcək.

Amma bu həm də 8 mayda Moskvada baş tutacaq görüşün nəticələrindən də asılıdır.

9 may Qazağın 4 kəndinin qaytarılması ilə başlayan hərəkat üçün ya yeni dövr olacaq, ya da bu hərəkat birdəfəlik gömüləcək. 

Herbiand.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
50
Mənbələr
Şərh ()
Bağla