AZ

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Ali

Bakı, 6 may, AZƏRTAC

Ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatır.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər bu gün 23:59-dək şəxsi kabineti vasitəsilə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Mayın 6-sı saat 09:00-a olan məlumata görə, I ixtisas qrupu üzrə 29230, II qrup üzrə 23163, III qrup üzrə 24499, IV qrup üzrə isə 5804 abituriyent elektron ərizəsini təsdiq edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
37
Mənbələr
Şərh ()
Bağla